13 Aprel 2018 13:33
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda soyğunçuluq baş verib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluqla üzləşməsi barədə müraciət daxil olub.

Polis əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər.

Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, müqavimət gördükdə aradan çıxdığını, amma boynundakı medalyonu qıraraq apardığını bildirib.

22-ci polis şöbəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər