Yevlax şəhərində qadın şantaj edilib.
Teleqraf.com xəbər verir ki, Yevlax şəhər sakini Rəsmiyyə Babayeva (ad və soyad şərti verilib – red.) şantaj olunması ilə bağlı polisə müraciət edib.
Rəsmiyyə Babayeva aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib, 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Seymur Əzizov zərərçəkmişlə "odnoklassniki.ru" saytında tanış olub. Sonradan onların münasibətləri istişləməyə başlayıb. Bu səbəbdən bir-birinə intim şəkillərini göndəriblər.
Qadının şəkillərini götürən Seymur Əzizov onu şantaj etməyə başlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.