Bakıda qətl hadisəsi tötməkdə təqsirləndirilən Əmrah Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Əmrah Əlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İttihama görə, hadisə ötən il yanvarın 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Əmrah Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb.
Hacıbaba Məmmədov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatının xilas etmək mümkün olmayıb. Əmrah Əlizadə saxlanılaraq istintaqa təhvil verilib. O, qətlə yetirdiyi Hacıbaba Məmmədovun qonşusudur.
Məlumata görə, hadisə pul üstündə olub.