11 Avqust 2014 17:25
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda 1926-ci il təvəllüdlü kişi mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 7-ci mərtəbənin eyvanından enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər