28 Aprel 2018 19:08
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşlarının əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 27-də səhər saatlarında Metropolitendə polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Qurbanova “Koroğlu” stansiyasında çantasından içərisində 111 manat pulu, tələbə bileti və digər sənədləri olan pulqabısının oğurlandığını bildirib.

Polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən qadının qısa zamanda müəyyən edərək “isti izlər”lə saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini Vüsalə Zeynalzadə olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir gün əvvəl metronun N.Nərimanov stansiyasında paytaxt sakini V.Eldarovanın içərisində 100 manatı, 2 ədəd yaddaş kartı və sənədləri olan pulqabısını oğurlaması da müəyyən edilib.

Saxlanılan şəxsin digər cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər