29 Aprel 2018 22:57
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq cinayəti baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Tamerlan Mustafayev naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs Tamerlan Mustafayevi kəsici alətlə hədələyərək mobil telefonunu alıb.

Tamerlan Mustafayev quldurluqla üzləşməsi barədə 22-ci polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı Viktor Çekunov saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxs əvvəllər də məhkum olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər