29 Aprel 2018 14:08
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən 300 manat oğurlanıb.

26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mübariz Məmmədov tutulub.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə F.X.Xoyski küçəsindəki “Topaz” mərc oyunları məntəqəsindən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

17-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub, törətdiyi digər cinayət əməllərinin də üstü açılıb.

Onun digər “Topaz” mərc oyunları məntəqəsindən də 1 ədəd videokamera, 1 ədəd televizor, 2 ədəd noutbuk və 50 ədəd lotoreya bileti, həmçinin rayon ərazisindəki gözəllik salonlarından birindən 1 ədəd televizor və 2000 manat dəyərində süni saç oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər