Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində mənzillərin birindən 5000 manat dəyərində qızıl əşyaları oğurlanıb.
21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini Şamo Babayev saxlanılıb.