Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən “Dəlidağ” kafesinin qarşısında dayanan İntizam Cəfərov, Orxan İmanov və Nəcməddin Babayevin əlindən soyğunçuluq yolu ilə 1 mobil telefon, qol saatı və 15 manat pulu alıblar.
6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlərdən Elşən Hüseynov tutulub.
Digər şəxsləri saxlanılması istiqamətində müvafiq əməliyyat tədbirləri davam etdirilir.