Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bülbül prospekti 25 ünvanında yerləşən gecə klubunda əylənməyə gələn bir gənc oğlan soyğunçuluqla üzləşib.
Naməlum şəxs əylənməyə gələn gənc oğlanın 37 manatını alaraq qaçıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı polisə şikayət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yavər Ağayev saxlanılıb.