12 Avqust 2014 13:51
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pirallahı rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon sakini Aydın Məmmədov yaşadığı evdə münaqişə zəminində arvadı Elnarəni bıçaqla qətlə yetirib.

Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif: