12 Avqust 2014 14:21
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon sakini Nizami Muradov idarə etdiyi “Shevrolet” markalı avtomobili yolun kənarındakı ağaca vurub. N.Muradov və sərnişinlərindən Aydın Mustafayev, Namiq Əliyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Əhəd Quliyev xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: