12 Avqust 2014 16:50
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Seymur və Murad Məmmədov qardaşlarının cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Seymur Məmmədov damarlarını doğrayaraq intihara cəhd edib. Kanvoy intiharın qarsısın alıb. Cinayətdə təqsirli bilinən digər qardaş sakitləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Məmmədov 14 il 6 ay, Murad Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, Seymur Məmmədov hökmə etiraz edib və intihara cəhd edib.

Qeyd edək ki, ötən il sentyabrın 2-də Keşlə qəsəbəsi, M.Hilal küçəsində naməlum şəxs, qəsəbə sakini Elçin Fərəcovun döş qəfəsinə ov tüfəngindən bir dəfə atəş açaraq onu yaralayıb. Elçin Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu tutulub. Ondan maddi sübut kimi 1 ədəd 16 kalibrli lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.

İstintaq zamanı qətldə əli olmaqda şübhəli bilinən daha bir nəfər - Seymurun qardaşı Murad da həbs edilib. Məlumatla görə, qətlə yetirilən şəxs “AMAY” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin yaxın qohumu olub.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər