16 May 2018 11:19
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tukanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Musa Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Növbəti proses mayın 22-də davam edəcək.

İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Musa Tukanov rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.


Müəllif: Hacı Zeynalov