16 May 2018 22:58
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda məktəb şagirdi intihar edib.

Hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki “Cümə məsçidi”nin yanındakı mənzillərdən birində qeydə alınıb.

Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini olan 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib. Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, dünyasını dəyişib. Hadisə yenicə baş verdiyi üçün hazırda ölən uşağın şəxsiyyəti dəqiqləşdirilir. Uşağın adının Zəka olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/APA