12 Avqust 2014 17:59
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzillərdən oğurluq etməkdə təqsirli bilinən Emin Cəfərov, Azər Həşimli, Hacıbala Tağıyev və Səxavət Hüseynovun məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 21-nə təyin olunub.
İttihama görə, bu ilin fevralın 26-na keçən gecə Binəqədi rayonu Biləcəri qəsəbə sakini Cavanşir Mayılovun evindən pəncərədən girmək yolu ilə 1 ədəd fotoaparat və 2 ədəd qol saatı oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Emin Cəfərov və Hacıbala Tağıyev tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların İzzət Məmmədovanın evindən qızıl və məişət əşyaları, Teymur İbrahimovun evindən 5000 manat pul, 1 ədəd fotoaparat və 3 ədəd mobil telefon və Azər Zeynalovun evindən 2600 manat pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

Istintaq araşdırması zamanı Emin Cəfərov və Səxavət Hüseynovun da oğurluq cinayətlərində iştirak etmələri müəyyən olunub. Hər iki şəxs də həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər