Sabirabad rayonunda silah və narkotik alverçisinə qarşı xüsusi əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində rayon sakini Seyidağa Səmədov saxlanılıb.
Onun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.
Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Istintaq araşdırması zamanı məlum olub ki, Seyidağa Səmədov əvvəllər məhkumluq həyatı yaşayıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq ittihamı ilə mühakimə olunub və məhkum edilib.
Seyidağa Səmədov həmin dövrdə Şirvan şəhərində iş adamına qarşı quldurluq etməkdə mühakimə olunub.
Faktla bağlı araşdırma aparılır.