17 May 2018 17:39
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin 9-cu mikrorayonunda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakini, 1972-ci il təvəllüdlü Rəfail Feyziyev həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.

Cinayəti törədən Rəfail Feyziyev saxlanılıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov