18 May 2018 11:44
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxs barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə Bərdə rayon sakini Samirə Mehdiyevanın insan alveri ilə məşğul olması barədə məlumat daxil olub.

Məlum olub ki, Samirə Mehdiyeva gəlir əldə etmək məqsədi ilə bir qrup Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb.

O, həmin qadınları həmin ölkədə otellərdə saxlayıb və onları pul müqabilində kişi müştərilərlə görüşdürüb. Azərbaycana qayıdan həmin zərərçəkmiş qadınlar idarəyə şikayət ediblər. İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samirə Mehdiyeva həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (insan alveri)maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Samirə Mehdiyevanın barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov