13 Avqust 2014 00:26
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Van şəhərində çəkisi 201 kiloqrama yaxın olan heroin polislər tərəfindən ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, əldə olunan məlumata görə narkotik maddə İrandan qeyri-qanuni yollarla Türkiyəyə gətirilib.

Qeyd edək ki, gətirilən narkotik maddənin Avropaya aparılacağı planlaşdırılırmış.

400 bağlamadan ibarət və ümumi çəkisi 201 kiloqram olan narkotik vasitənin daşınmasında əli olan cinayətkarların aşkar olunması üçün istintaq işləri aparılır.


Müəllif: