13 Avqust 2014 14:33
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonu Ərçivan qəsəbəsinin ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəsəbə sakini Şıxəli Əfsəlovun idarə etdiyi “VAZ-21099” və Şüvi kənd sakini Vaqif Sadıqovun idarə etdiyi “Geely” markalı avtomobillər toqquşub. Ş.Əfsəlov hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: