13 Avqust 2014 14:41
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bərdə rayon Polis Şöbəsindən Teleaqraf.com-a verilən məlumata görə, hadisə rayonun Yenidaşkənd kəndinin ərazisində qeydə alınıb.

Rayon sakini İlqar Hüseynov münaqişə zəminində kənd sakini Əlizamin Zeynallını bıçaqlayıb. Əlizamin Zeynallı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar Hüseynov tutulub.

Hacı Zeynalov


Müəllif: