1 İyun 2018 17:16
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, Lalə İsrafilovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses iyunun 8-də davam edəcək.

İttihama görə, 2017-ci il mayın 9-da Quba rayonunun Bərqov kəndində 2013-cü il təvəllüdlü Fuad Mustafazadə ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü Lalə İsrafilovanın həyətinə icazəsiz daxil olub.

Azyaşlı həyətdəki gülləri yolub, Lalə İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Lalə İsrafilova onu qovub.

Fuad Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər