2 İyun 2018 11:36
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayon sakinində odlu silah olması və onu satmaq üçün Ağstafa rayonuna aparması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları daxil olan məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Rayon sakini İlham Nəsibovun Ağstafa rayonu istiqamətində hərəkətdə olduğu müəyyən edilərək saxlanılıb.

Vətəndaşa məxsus idman çantasına hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman oradan 1 ədəd “AKC74Y” tipli avtomat, 22 ədəd 5.45 kalibrli patron və həmin avtomata aid bir ədəd sandıq aşkar edilib.

Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub. Dindirilmə zamanı İlham Nəsibov odlu silahı meşədən tapdığını, Ağstafa rayonuna satmaq üçün apardığını qeyd edib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər