2 İyun 2018 16:59
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Əhmədov olduğu müəyyən edilib.

Şəxsi axtarış zamanı ondan 309 qram heroin, həmçinin tiryək və metadon aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər