4 İyun 2018 10:12
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilib.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilmiş odlu silah və əlində olan sellofan torbadakı qutunun içərisindən 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat "Kalaşnikov" gülləsi aşkar olunaraq götürülüb.

İlkin ifadəsində o silah-sursatı çayda balıq tutarkən oradan tapdığını və gizlətmək üçün yaşadığı evə apardığını bildirib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər