Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 120 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi oğurlanması barədə 1-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Telli Əliyeva saxlanılıb.
Bundan başqa, Zərdab rayon Məmmədqasımlı kənd sakini Fuad Eyvazov polis şöbəsinə ərizə ilə müraciət edib.
O, iyunun 3-də evdə olmadıqları müddətdə pul kisəsində olan 240 manatın, sandıqda olan 5600 manatın, 500 rublun, 1600 dolların, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyün oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri – Seyran Nadirova, onun bacısı Nazlı Mahmudova və tanışları Xəzəl Bəkirova saxlanılıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.