5 İyun 2018 15:12
1 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ərinin dostunu bıçaqlamaqda təqsirli bilinən Gülnar Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Gülnar Məmmədova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 2 il sınaq müddəti olmaqla şərti cəza alıb. İstintaq dövründə həbs edilməyən Gülnar Məmmədova məhkəmədən sərbəst buraxılıb.

İttihama görə, 2017-ci il sentyabrın 26-da Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində evlərdən birində yaşayan Gülnar Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı, Azad Quliyevi bıçaqlayıb.

Qadın evinə gələn qonağı bıçaqladıqdan sonra təcili tibbi yardıma zəng edib.

Dərhal xəstəxanaya çatdırılan Azad Quliyev əməliyyat olunub.

Azad Quliyev Gülnar Məmmədovanın evində olarkən tanışı ilə telefonla danışan zaman söyüş söyüb. Bu barədə Gülnar Məmmədova ona xəbərdarlıq edib və uşağının yanında söyüş söyməməsini tələb edib.

Lakin qonaq ev sahibinin sözlərinə məhəl qoymayıb. Qadın mətbəxdən bıçaq götürərək Azad Quliyevin döş qəfəsindən xəsarət yetirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər