Bakının Nərimanov rayonunda yaşayış evlərindən birinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, hadisə gecə saatlarında rayonun Koroğlu Rəhimov küçəsində baş verib.
Evinə basqın olunan şəxs küçəyə qaçıb və ərazidə xidmət aparan mühafizə polislərinə yaxınlaşıb, mənzilinə oğru girdiyini və hələdə orda olduğunu bildirib, oğrunun saxlanılması üçün ona kömək etmələrini istəyib.
Polis əməkdaşları həmin vətəndaşa məxsus mənzilə gəliblər və mənzildən oğurluğa cəhd göstərən bir nəfəri şübhəli şəxs qismində saxlanılıb.
Onun barəsində araşdırmaların aparılması üçün ərazi üzrə 18-ci polis bölməsinə təhvil veriliblər.
Polis bölməsində aparılmiş araşdırmalarla oğurluğa cəhd olunmuş mənzilin, vətəndaş A.Nuruşova məxsus olması və mənzildən oğurluq edən şəxsin isə onun qonşuluğunda yaşayan 1987-ci il təvəllüdlü Sahib Mahmudov olduğu məlum olub.
Sahib Mahmudovun üzərinə baxış keçirilərkən qonşusunun mənzilindən oğurladıği 1300 manat pul üzərində aşkar edilib və maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.