Avstralyalı jurnalist Laurel İrvinq İngiltərənin paytaxtı Londonda etdiyi canlı yayımdan sonra silahlı soyğuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, "Channel7" üçün reportaj hazırlayan İrvinqi silahla qorxudan şəxslər 15 min dollarlıq kamerasini aparıblar.
Jurnalist açıqlamasında bildirib ki, o, əvvəlcə kameranı vermək istəməyib: "Amma operator "onda silah var" deyəndən sonra fikrimdən vaz keçdim".
Faktla bağlı cinayət işi açılıb. Polis soyğunçunu axtarır.