7 İyun 2018 11:16
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda bazarda saxta pul yayan şəxsin barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, rayonunun Kosalar kənd sakini olan bir nəfər polis şöbəsinə müraciət edib. O, bildirib ki, bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar edib.

Həmin əskinaslar ekspertizaya təqdim olunub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndinin ərazisində saxlanılıb.

Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib.

Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər