7 İyun 2018 16:19
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nənənim təndiri” restoranının yaxınlığında silahlı insidentin törədilməsində təqsirli bilinən kriminal aləmin üzvləri Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi baş tutan prosesdə hökm oxunub.

Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev 2 il 6 ay və İlham Ramazanov isə 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Xəyyam Səlimxanovun 7 il, Murad Həsrətovun 7 il, Tunar Nağızadənin 7 il, Emin Əliyevin 6 il, İlham Ramazanovun isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi,134 ünvanında yerləşən “Nənəmin təndiri” restoranının yaxınlığında baş verib. Əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman “Makarov” tipli tapançaya məxsus gilizlər aşkar ediblər.

Cinayətin iştirakçıları Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə və İlham Ramazanov saxlanılıb. Onların kriminal aləmin nüfuzlu şəxsləri ilə əlaqələri müəyyən edilib.

Xatırladaq ki, Xəyyam Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər