Cəlilabad rayonunda bir neçə şəxs arasında silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, ötən gün axşam bir neçə nəfər rayon sakini Şahin Həsənovun yaşadığı evin qarşısına gəlib, odlu silahdan onun evinin giriş qapısına və divarlarına atəş açıblar.
Daha sonra silahlı inisendtin iştirakçıları oradan uşaqlaşıb. İnsident zamanı xəsarət alan olmasa da, "Lexus" markalı avtomobilə və yaşayış evinə ziyan dəyib. Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində İlqar Həsənov tutulub.
Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.
Silahlı insidentin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 228-ci (qanunsuz silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.