Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Binə qəsəbəsində 1996-cı il təvəllüdlü Səfər Zülfüqarov tanımadığı şəxslə evinin yaxınlığında mübahisə edib.
Onların mübahisəsi sonradan davaya çevrilib.
Dava zamanı Səfər Zülfüqarov həmin şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.