Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Fuad Ələkbərova məxsus “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq içərisində 450 manat olan pul kisəsini aparıblar.
Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsində müraciət olunub.
Hazırda oğurluğu törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri gprülür.
Faktla bağlı cinayət işi başlanıb.