11 İyun 2018 11:42
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdəmirin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə İsa Özdəmirin vəkili vəsatətlə çıxış edib.

O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Növbəti proses iyunun 21-də davam edəcək.

İsa Özdəmir Fətullahçı Terror Təşkilatına üzvü olmaqda ittiham edilir. Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən İsa Özdəmir Azərbaycanda həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər