Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə avqustun 13-də axşam saatlarında rayonun Sabirkənd kəndində qeydə alınıb. Kənd sakini Vüqar Əliyev mübahisə zəminində Zəyəm qəsəbə sakini, 20 yaşlı Pərvin Tanrıverdiyevi bıçaqlayıb. Pərvin Tanrıverdiyev hadisə yerində ölüb.
Vüqar Əliyev isə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən sonra qətli törədən Vüqar Əliyevə məxsus 169 kvadratmetr sahəsi olan ev yanaraq yararsız hala düşüb.
Yanğının ölən Pərvin Tanrıverdiyevin qohumları tərəfindən törədildiyi ehtimal edilir.
Faktla bağlı cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, P.Tanrıverdiyevin qətlə yetirilməsi ilə əlaqədar onun anası Vəfa qisas məqsədi ilə Vüqar Əliyevin evini yandırıb.
Hacı Zeynalov