12 İyun 2018 15:21
1 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda taksi sürücüsünü öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Ayvaz İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, qətl hadisəsi bu il fevralın 22-də Şəmkir rayonun İrmaşlı kəndinə baş verib.

Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Yusibovun avtomobilinə sərnişin qismində əyləşən Ayvaz İsgəndərov sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb.

Ora çatanda sərnişinlə sürücü arasında gedişhaqqı üstündə mübahisə düşüb.

Nəticədə Ayvaz İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan Arif Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

Hadisədən sonra Ayvaz İsgəndərov qaçsa da, polis əməkdaşları onu saxlanılıb.

İstintaq orqanı tərəfindən Ayvaz İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər