12 İyun 2018 23:25
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, iyunun 11-də 2-ci polis şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev avtomobilinin oğurlandığını bildirib.

Qeyd edib ki, həmin gün saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobili naməlum şəraitdə qaçırılıb.

Əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub.
Avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov