Ağcabədi rayonununda silah-sursat aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Qaravəlli kənd sakini Sabit Məmmədov “TOZ-8” markalı ov tüfəngini, Quba rayonunun Qımıl kənd Orta Məktəbinin rəhbərliyi təlim üçün nəzərdə tutulmuş 2 ədəd tank əleyhinə minanı, 5 ədəd “RQD-5”, 2 ədəd “F-1” əl qumbarasını, 6 ədəd alışdırıcını və 78 ədəd müxtəlif çaplı patronu müvafiq olaraq rayon Polis Şöbəsinə təhvil veriblər.
Hacı Zeynalov