14 Avqust 2014 13:06
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun S.Seyidzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini Paşa Rzayev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qadını vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: