13 İyun 2018 15:32
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə gömrük sahəsində 2016-cı ildən bu ilin may ayına qədər 19 min 346 sayda hüquq pozuntusu halları qeydə alınıb.

Teleqraf.com-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəis müavini Güloğlan Muradlı deyib.

O bildirib ki, hüquq pozuntularının 1505-i cinayət faktı, 416 narkotik dövriyyəsi,əksəriyyəti inzibati xətalardır: "Dövlət Gömrük Komitəsi tərəfindən qeyd edilən dövrdə 4 ton yarıma yaxın narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Bunun 1 ton 870 kiloqramını isə yarımsintetik narkotik vasitə hesab edilən heroin təşkil edir.

1 kq heroindən 10 min doza əldə edilə bilər, bu isə 3-4 milyon insanı narkotik maddə istifadəçisinə çevirə bilər. Hazırda ölkədə 30 mindən çox narkotik maddə istifadəçisi qeydə alınıb, yalnız real rəqəmlər bu göstəricidən 6-10 faiz çoxdur".

Güloğlan Muradlı qeyd edib ki, insanlar qanunsuz narkotik vasitə dövriyyəsi üçün ağlagəlməz daşınma vasitələrindən istifadə edirlər: "Yuyucu toz şəklində narkotik maddə keçirtməyə çalışan çoxsylı şəxslər saxlanılaraq cinayət məhsuliyyətinə cəlb edilib".


Müəllif: Könül

Oxşar xəbərlər