17 İyun 2018 19:16
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Vəfa Qurbanovanın barəsində olan hökmdən verilən apelyasita şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara görə, Vəfa Qurbanovanın apelyasiya şikayəti təmin edilməyib.
Vəfa Qurbanova vətəndaşdan 156 min manat alaraq qarşılığında ona aşağı kursla dollar verəcəyini vəd edib.
O, Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
Vəfa Qurbanova sabiq bank əməkdaşıdır.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun himayəsində azyaşlı övladı olduğundan hökmün icrası övladının 14 yaşı tamam olanadək təxirə salınıb. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər