19 İyun 2018 01:42
2 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Motosiklet həvəskarı olan rus əsilli İngiltərə vətəndaşı Vasilisa Komarova Alyaska turu zamanı üç kişinin təcavüzünə uğrayıb.

Teleqraf.com xəbər verir ki, 9 min 600 kilometr yolu qət edərək Boliviyaya gələn Komarova, Santa Rosada bir ailənin qonağı olub.

Ailənin məsləhətilə turist yol kənarında gecələmək üçün çadır qurub. O, gecə 1 radələrində çadırın kənarında danışan 3 kişinin səsinə oyanıb. Onlar ispanca ədəbsiz ifadələr işlədiblər.

İspanca başa düşən 37 yaşlı qadın kişilərin sözlərini anlayıb. Kişilərdən biri "çölə çıx, parti təşkil edirik, əylənmək üçün fahişə axtarırıq", deyib. Daha sonra onlar qadına qarşı şiddət tətbiq edib, cinsi təcavüzə məruz qoyublar.

Jose Qonqora, Yeri Yumacale və Fabio Bazan adlı şəxslə qadını bıçaqla hədələyib.

Hər üç şəxs həbs edilib. Məhkəmə onlara ümumilikdə 52 il həbs cəzası verib.


Müəllif: Ruslan

Oxşar xəbərlər