20 İyun 2018 11:52
2 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərova məxsus üzərinə həbs qoyulmuş əmlaklar hərraca çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə iş üzrə zərərçəkmişlərə göndərilən məktubda qeyd olunub.

Bildirilib ki, məhkəmə qərarı ilə üzərində həbs qəarı olan Vüsal Ələkbərova məxsus əmlakların satılması barədə hərrac elan edilib.

Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun əmlakının müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul olunub.

Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi alıblar. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

Cinayət işində adı keçən zərərçəkmiş və mülki iddiaçılar – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Müsənnif Salahov apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.

Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qalıdırblar.

Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib. Hökmdə bildirilib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər, buna görə də onların mülki iddiaları təmin oluna bilməz.

Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər.

Bakı Hərbi Məhkəməsi həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək.

İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Vüsal Ələkbərov məhkəmə hökmündən apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmişlər də apelyasiya şikayəti veriblər və onlar dəymiş ziyanını ödənilməsi barədə mülki iddialarının təmin edilməsini istəyiblər.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Vüsal Ələkbərovun apelyasiya şikayəti qismən təmin edilib. Onun cəzası 12 ildən 5 ilə endirilib.

Məhkəmə zərərçəkmişlərin apelyasiya şikayətlərini təmin etməyib.

Bu qərardan sonra Vüsal Ələkbərovun ailə üzvləri də apelyasiya şikayəti veriblər.

Sabiq şöbə rəisinin həyat yoldaşı Şəhla Ələkbərova Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə qərarı ilə müsadirə olunan əmlaklarının geri qaytarılmasını tələb edib.

Bakı Apelyasiya Məhkəməsində Şəhla Ələkbərovanın apelyasiya şikayəti müddəti keçdiyindən baxışa qəbul edilməyib. İş geri qaytarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər