2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı tamamlanıb.
Prokuror Fərid Nağıyev çıxışa hazır olmadığını və məhkəmədən vaxt istəyib.
Növbəti proses iyulun 3-də davam edəcək.
İttihama görə, Elxan İsgənədov Nardaran hadisələrindən sonra həbs olunub. Digər təqsirləndirilən Əbülfəz Bünyatov iflic olub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.