Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyunun 11-də Nizami rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini olan qadın mənzilindən qızıl əşyalarının və nağd pulunun oğurlandığını bildirib.
Polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən 1250 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat nağd pul oğurlanıb.
Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da oğurluğun əvvəllər məhkum olunmuş Rauf Həsənovun və Anar Məmmədovun törətdiklərinə əsaslı şübhələr yarandığından onlar saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.