Abşeron rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 30-dan cari il mayın 5-dək olan müddətdə rayon ərazisində üç evdən pul, qızıl və məişət əşyaları oğurlanması barədə Abşeron rayon Polis İdarəsinə məlumat daxil olub.
Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Cəbrayıl Abuzərov saxlanılıb.
Qeyd edək ki, son bir ay ərzində Abşeron rayonunda 50-yə yaxın evdə baş verən oğurluq faktının üstü açılıb.