22 İyun 2018 17:19
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıqda təqsirli bilinən İran İslam Respublikasının vətəndaşı Pişehvaz Sorushun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Pişehvaz Sorush hava limanında saxlanılıb. Onun üzərinə baxış zamanı bəyan edilməmiş 30 min ABŞ dolları məbləğində pul aşkar olunub.

İstintaq orqanı tərəfindən Pişehvaz Sorush barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Pişehvaz Sorushun özünü təqsirli bilməyib. O, bildirib ki, pulun qanunsuz keçirilməsindən xəbəri olmayıb.

Növbəti proses iyunun 27-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər