23 İyun 2018 09:54
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Zaqatalada şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edən “ VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən “Saxla” əmri verilib.

Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib. Yol polisi əməkdaşlarının sayıqlığı nəticəsində onu saxlamaq mümkün olub.

Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyən edilib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. Zaqatala Rayon Məhkəməsinin qərarı ilə ona 40 sutkalıq həbs cəzası verilib.

Qeyd edək ki, əvvəllər də avtoxuliqanlıqla inzibati məsuliyyətə cəlb olunmuş E.İbrahimov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.


Müəllif: Hacı Zeynalov